Muzeylər təkcə tarixi eksponatların nümayiş olunduğu məkanlar deyil, həm də ölkələrin mədəniyyətini və tarixini tanıdan ən vacib turizm obyektləridir.
Hər il milyonlarla insan dünyanın məşhur muzeylərini ziyarət edir.
Ən çox ziyarət edilən muzeylər arasında bunlar yer alır:
Luvr Muzeyi (Fransa)
Vatikan Muzeyləri (Vatikan)
Britaniya Muzeyi (Böyük Britaniya)
Metropoliten İncəsənət Muzeyi (ABŞ)
Milli Təbiət Tarixi Muzeyi (ABŞ)
Orse Muzeyi (Fransa)
Prado Muzeyi (İspaniya)
Ermitaj Muzeyi (Rusiya)
Milli Saray Muzeyi (Tayvan)
Tokio Milli Muzeyi (Yaponiya)
Bu muzeylərdə dünya mədəniyyətinin ən qiymətli əsərləri qorunur. Leonardo da Vinçinin “Mona Liza”sı, qədim Misir artefaktları, yunan heykəlləri və digər nadir eksponatlar hər il milyonlarla turisti cəlb edir.
Turizm mütəxəssisləri hesab edirlər ki, muzeylərə maraq ildən-ilə artır. Rəqəmsal texnologiyaların inkişafına baxmayaraq insanlar tarixi və incəsənəti canlı görməyə üstünlük verirlər.