Sürücülərin əksəriyyəti avtomobildə yaranan qəribə səsləri bir müddət görməzliyə vurur.
Halbuki ustaların sözlərinə görə, məhz bu səslər bahalı nasazlıqların ilk xəbərçisi ola bilər.
Məsələn, əyləc zamanı fitə bənzər səs əyləc bəndlərinin aşınmasına, sükanı döndərərkən gələn taqqıltı asqı və ya sükan sistemində problemə, mühərrikdən gələn metal döyüntüsü isə yağlama sistemində nasazlığa işarə edə bilər.
Təkərlərdən gələn uğultu təkər podşipniklərinin, mühərrik bölməsindən gələn fit səsi isə kəmərlərin və ya turbonun vəziyyətinin yoxlanılmasını tələb edə bilər.
Avtomobil ustaları bildirirlər ki, erkən diaqnostika xırda nasazlığın böyük xərcə çevrilməsinin qarşısını alır. Buna görə də sürücülər avtomobildə yaranan yeni səsləri adi hal kimi qəbul etməməlidirlər.
Ekspertlərin fikrincə, avtomobil “danışmağa” başlayanda onu dinləmək ən düzgün texniki qulluq qaydalarından biridir.
Samir