Qan analizi sağlamlıq barədə hər şeyi demir –Həkimlərin diqqət çəkdiyi 6 əlamət

Müasir tibbdə qan analizləri diaqnostikanın əsas vasitələrindən biri sayılsa da, həkimlər bildirirlər ki, insanın sağlamlığı yalnız laborator nəticələrlə qiymətləndirilmir. Bəzən analizlər normal olduğu halda orqanizm müxtəlif siqnallar göndərir.

Azpost.info bildirir ki, mütəxəssislərin sözlərinə görə, uzun müddət davam edən halsızlıq, səbəbsiz çəki dəyişikliyi, tez-tez baş ağrıları, dırnaqların kövrəkləşməsi, dəridə rəng dəyişiklikləri və nəfəs darlığı əlavə müayinələr tələb edə bilər.

Həkimlər vurğulayırlar ki, bir çox xəstəlik ilkin mərhələdə analizlərdə özünü göstərməyə bilər. Buna görə də həkim müayinəsi zamanı yalnız laborator nəticələrə deyil, şikayətlərə, həyat tərzinə və fiziki müayinəyə də diqqət yetirilir.

Ekspertlər profilaktik müayinələrin ildə ən azı bir dəfə aparılmasını, uzun müddət davam edən simptomların isə “yorğunluqdur, keçər” deyə qiymətləndirilməməsini tövsiyə edirlər.

Sağlamlığın qiymətləndirilməsində analizlər mühüm rol oynasa da, həkimlər hesab edirlər ki, insan orqanizminin verdiyi siqnalları vaxtında dinləmək bəzən laborator nəticələr qədər vacibdir.

Sunay

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.