Bakıda ailəvi restoranlarda uşaq əyləncə otaqları neçəyədir?

Bakıda fəaliyyət göstərən bir sıra ailəvi restoran və kafelər uşaqlı ailələr üçün xüsusi oyun və əyləncə zonaları təklif edir.

Bu məkanlarda labirint, sürüşkən, interaktiv oyunlar və digər əyləncə növləri uşaqların asudə vaxtını daha maraqlı keçirməsinə imkan yaradır.

Xidmətlərin qiyməti seçilən oyuna, istifadə müddətinə və yaş həddinə görə dəyişir. 

Valyuta.azbu məkanlarda tətbiq edilən ödənişləri araşdıraraq qiymətləri təqdim edir:

Məkan Ünvan Qiymət / Şərtlər
“Kaşıbeyaz Baku” Bakı şəhəri, Zığ şossesi Ödənişsiz
“Lami-Land” Ağ Şəhər 1 saat – 5 manat
“Casa Da Rose Cafe” Xətai rayonu 1 saat – 8 AZN, limitsiz – 20 AZN
“CafeCity” Ağ Şəhər 1 uşaq üçün – 15 manat (2 yaşdan 10 yaşa kimi)
“Batut Arena Baku” Səməd Vurğun küçəsi 72 1 saat – 20 manat
“Ferma Art” Park Bulvarın yaxınlığı Ödənişsiz
“Akvarium Əyləncə Mərkəzi” Bəhruz Nuriyev küçəsi, Qaraçuxur Yarım saat – seçilən oyuna görə 1 – 4 manat
“Bonjour Baku” Gənclik Ödənişsiz
“Moka Land Uşaq Əyləncə Mərkəzi” Xətai rayonu 1 uşaq üçün – 20 manat

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.