Bakıda fəaliyyət göstərən bir sıra ailəvi restoran və kafelər uşaqlı ailələr üçün xüsusi oyun və əyləncə zonaları təklif edir.
Bu məkanlarda labirint, sürüşkən, interaktiv oyunlar və digər əyləncə növləri uşaqların asudə vaxtını daha maraqlı keçirməsinə imkan yaradır.
Xidmətlərin qiyməti seçilən oyuna, istifadə müddətinə və yaş həddinə görə dəyişir.
Valyuta.azbu məkanlarda tətbiq edilən ödənişləri araşdıraraq qiymətləri təqdim edir:
| Məkan | Ünvan | Qiymət / Şərtlər |
|---|---|---|
| “Kaşıbeyaz Baku” | Bakı şəhəri, Zığ şossesi | Ödənişsiz |
| “Lami-Land” | Ağ Şəhər | 1 saat – 5 manat |
| “Casa Da Rose Cafe” | Xətai rayonu | 1 saat – 8 AZN, limitsiz – 20 AZN |
| “CafeCity” | Ağ Şəhər | 1 uşaq üçün – 15 manat (2 yaşdan 10 yaşa kimi) |
| “Batut Arena Baku” | Səməd Vurğun küçəsi 72 | 1 saat – 20 manat |
| “Ferma Art” | Park Bulvarın yaxınlığı | Ödənişsiz |
| “Akvarium Əyləncə Mərkəzi” | Bəhruz Nuriyev küçəsi, Qaraçuxur | Yarım saat – seçilən oyuna görə 1 – 4 manat |
| “Bonjour Baku” | Gənclik | Ödənişsiz |
| “Moka Land Uşaq Əyləncə Mərkəzi” | Xətai rayonu | 1 uşaq üçün – 20 manat |