Səhər yeməyi günün ən vacib qidalanma mərhələsi hesab olunur. Lakin dietoloqlar bildirirlər ki, bəzi qidalar acqarına qəbul edildikdə həzm sisteminə zərər verə, qanda şəkərin sürətlə yüksəlməsinə və gün ərzində enerji çatışmazlığına səbəb ola bilər.
İlk növbədə şirniyyat və şokolad tövsiyə edilmir. Acqarına qəbul edilən yüksək şəkər mədəaltı vəzini qısa müddətdə çox insulin ifraz etməyə məcbur edir.
Sitrus meyvələri də hər kəs üçün uyğun deyil. Portağal və qreypfrutun tərkibindəki turşular həssas mədəsi olan insanlarda qıcqırma yarada bilər.
Hazır meyvə şirələri də təhlükəsiz seçim sayılmır. Onların tərkibində lif az, şəkər isə çox olduğundan toxluq hissi uzun çəkmir.
Acqarına qazlı içkilərin qəbulu mədə selikli qişasını qıcıqlandıra bilər.
Dietoloqlar səhər yeməyində zülal və kompleks karbohidratların üstünlük təşkil etməsini tövsiyə edirlər. Yumurta, yulaf, qatıq, pendir, tam buğda çörəyi və müxtəlif toxumlar daha balanslı seçim hesab olunur.
Araşdırmalar göstərir ki, zülalla zəngin səhər yeməyi qəbul edən insanların gün ərzində qəlyanaltılara ehtiyacı daha az olur və enerji səviyyəsi daha sabit qalır.
Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş səhər yeməyi həm həzm sisteminə, həm də ürək-damar sağlamlığına müsbət təsir göstərir.