İran ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazasına zərbə endirib

İranın “Arash” pilotsuz təyyarələri Küveytdəki Əli əl-Salem hava bazasında ABŞ ordusuna məxsus radar sistemlərinə, Patriot hava hücumundan müdafiə sistemlərinə və yanacaq çənlərinə zərbə endirib.

Bu barədə Fars xəbər agentliyi məlumat verir.

Patriot sistemi bu bazanı eləcə də MQ-9 da daxil olmaqla nəqliyyat təyyarələrini və müasir dronları qorumaq üçün nəzərdə tutulub.

Bundan əlavə, son hücum dalğası zamanı dronlar Bəhreyndə Şeyx İsa hava bazasında yerləşən ABŞ ordusuna məxsus Superhawk radarları və Patriot raket buraxıcıları da daxil olmaqla rabitə və radar sistemlərinə zərbə endirib.

İran ordusu və SEPAH -ın  dron və raket hücumları nəticəsində bazaya ciddi ziyan dəyib.

Press TV-nin məlumatına görə, İran ordusu həmçinin İordaniyadakı ABŞ ordusuna məxsus rabitə sistemlərinə və yanacaq saxlama obyektlərinə zərbələr endirdiyini elan edib.

ParsToday-in Al Mayadeen-ə istinadən verdiyi məlumata görə, İranın İraqın şimalındakı Ərbilə endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı hərbçi həlak olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.