Türkiyədə narkotikə qarşı mübarizə əməliyyatı nəticəsində 25 nəfər barəsində saxlanma qərarı verilib.
İstanbulun Bakırköy rayonu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və prodüser Fatih Aksoy da daxil olmaqla, 25 şübhəli şəxs barədə saxlanılma qərarı çıxarılıb.
Saxlanılan şəxslərlə bağlı bioloji müayinələrin keçirildiyi, ifadələrinin alındığı bildirilir.