“Epsteynin İsrail kəşfiyyatının ən yüksək eşelonuı ilə əlaqələri olub” –ABŞ-ın vitse-prezidenti

Epsteynin İsrail kəşfiyyatının ən yüksək eşelonuı ilə əlaqələri olub.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti J.D. Vens podksata müsahibəsində bildirib.

“Epşteynin mərkəz-sol mövqelərini tutan İsrail “dərin dövləti”nin elementləri ilə əlaqəsi olub. Bu, məni həmişə təəccübləndirib. O, İsrail siyasətinin mərkəz-sağçıları ilə sıx bağlı deyildi”-deyə o vurğulayıb.

“Mən dəqiq bilirəm ki, İsrail hökumətində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi bu siyasətdən yayındırmağa çalışan insanlar var. Biz dəqiq bilirik ki, onların sistemində müharibənin qeyri-müəyyən müddətə davam etməsi üçün Amerika ictimai rəyini manipulyasiya edən və dəyişdirməyə çalışan insanlar var”deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, İsrail hökumətinin Amerika siyasətinə nə qədər təsir göstərdiyi barədə çox danışılır və İsrail hökumətində bu razılaşmadan nifrət edən müəyyən insanlar var. “Bunun təkzibolunmaz sübutlarını görürük. Dünən “Times” qəzeti əsasən Amerikadakı bəzi nüfuzlu insanlara bu razılaşmanı tənqid etmək üçün pul verildiyini deyən bir məqalə dərc edib. Bu, 9 milyon əhalisi olan bir ölkədir. Bizdə 330 milyon əhali var. Əlbəttə ki, onlar amerikalıları inandırmağa çalışacaqlar”, – deyə Vens qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.