Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

MN nümayəndə heyəti Türkiyədə Yaşar Gülerlə görüşüb

User 20 İyul 2026 - 19:45 (Last updated: 20 İyul 2026 - 19:45)
MN

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

MN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.
Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində Azərbaycan Hərbi Polisinin “Yaxın Qoruma” bölməsi üçün təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olublar.
Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq təqdim olunub.
Səfərin yekununda Azərbaycan nümayəndə heyəti “Yaxın Qoruma” kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.
Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.

AzPost.az

Post navigation

Previous: ABŞ Livanın cənubunda “pilot zona” əməliyyatlarının başladığını elan edib
Next: “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində bu il 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiyaya cəlb olunub

Oxşar xəbərlər

ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17

xƏBƏR

oturaq isler
  • Maraqlı

Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?

User 01 Noyabr 2026 - 17:00
Müasir insanın həyatının böyük hissəsi oturaq vəziyyətdə keçir. Səhər avtomobildə və ya avtobusda, gün ərzində iş masasının...
Read more about Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?
Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.