Tramp İranla bağlı 10 günlük atəşkəs təklifini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Qətər və Pakistan nümayəndələrinin İranla bağlı irəli sürdüyü 10 günlük atəşkəs rejimi təklifini qəbul etməyib.

Bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.

Məlumata görə, təklifin məhz İran tərəfindən irəli sürülməsi Tehranın ABŞ-ın genişlənən hərbi əməliyyatları və Vaşinqtonda İslam Respublikasına qarşı tammiqyaslı döyüş əməliyyatlarının bərpası ilə bağlı müzakirələr fonunda mümkün qədər tez atəşkəs əldə etmək istədiyini göstərir.

İki mənbənin sözlərinə görə, təklif edilən 10 günlük atəşkəs rejimi Hörmüz boğazı ilə bağlı kompromis axtarışına şərait yaratmalı idi. Bildirilir ki, məhz bu məsələ ətrafındakı fikir ayrılığı ötən ay tərəflər arasında imzalanmış memorandum ətrafında böhrana səbəb olub. Bundan sonra həm Tehran, həm də Vaşinqton faktiki olaraq həmin sənədi qüvvəsini itirmiş hesab etdiklərini bəyan ediblər.

Qətər, Misir, Oman və Pakistanın yüksəkvəzifəli nümayəndələrinin də daxil olduğu vasitəçilər bu təklifi artıq ABŞ tərəfinə təqdim ediblər. Vaşinqton və Tehranla aparılan məsləhətləşmələr zamanı onlar təşəbbüsə bir sıra yeni müddəalar da əlavə edərək tərəfləri razılığa yaxınlaşdırmağa çalışıblar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.