İyulun 21-i Xaçmazın Nabran çimərlikləri ərazisində yeniyetmə qız dənizdə boğulub.
AZƏRTAC xəbər verir ki, dənizdə batan 17 yaşlı Xaçmaz şəhər sakini Xalidova Arzu Zaur qızıdır.
Hadisə şahidlərinin bildirdiyinə görə, faciə baş verən zaman atası və qardaşı da onun yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Hazırda axtarışlar davam etdirilir.