Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Neftçi”nin baş məşqçisi:

User 23 İyul 2026 - 00:08 (Last updated: 23 İyul 2026 - 00:08)
neftci mesqci

Cavab oyununda vəziyyəti dəyişməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətə görə məsuliyyət daşıdığını bildirib: “Bu nəticəyə görə günahı öz üzərimə götürürəm. Komandamız oyuna yaxşı başladı, ilk 15-20 dəqiqədə üstün oyun nümayiş etdirdi və iki qol vurdu. Daha sonra isə səhvlər buraxdıq. Emil Balayev birinci hissədə zədələnsə də, oyunu davam etdirdi. Buna baxmayaraq, qapımızda qol gördük. Fasiləyə üstün yollanmışdıq və komandanın əhval-ruhiyyəsi yüksək idi. Təəssüf ki, buraxdığımız qolların hamısı fərdi səhvlərin nəticəsi oldu”.

Baş məşqçi komandasının yaratdığı imkanlardan yararlana bilmədiyini də vurğulayıb: “Əlverişli qol epizodlarımız oldu, lakin onları dəyərləndirə bilmədik. Futbolda sən vurmayanda, rəqib vurur. Bu oyunu ətraflı təhlil edib düzgün nəticələr çıxarmalıyıq. Futbolçular haqqında ayrıca danışmaq istəmirəm. Bunun doğru yanaşma olduğunu düşünmürəm”.

Vernidub istefa ehtimalına da münasibət bildirib: “Hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik. Səfərdə qalib gəlmək və vəziyyəti dəyişmək imkanımız var. Baş məşqçiyə işləmək üçün vaxt verilməlidir. Mütəmadi məşqçi dəyişikliyi uğur qazandırmır. Futbolda qələbə olduğu kimi, məğlubiyyət də var. Belə hallar qaçılmazdır”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

AzPost.az

Post navigation

Previous: Naxçıvan televiziyasının sədr müavini vəzifəsindən azad edilib
Next: Stansiyalarımıza hücum edilərsə ABŞ-ın müttəfiqlərinin enerjisi kəsiləcək

Oxşar xəbərlər

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.