Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir

User 23 İyul 2026 - 12:09 (Last updated: 23 İyul 2026 - 12:10)
ornella muti

İtaliyanın məşhur kino ulduzu Ornella Muti və qızı Naike Rivelli Rusiya vətəndaşlığı almaq üçün rəsmi müraciət etməyə hazırlaşırlar.

Azpost.info bildirir ki, bu barədə RİA-Novosti  məlumat yayıb.

Naike Rivelli bildirib ki, bu addım onların Rusiyada özlərini həqiqətən evdə hiss etmələrinə imkan verəcək. “Rusiya vətəndaşlığı üçün müraciət edirik ki, özümüzü həqiqətən evimizdə hiss edək. Bizim rus köklərimiz var. Mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”, – deyə o bildirib.

Rivelli əlavə edib ki, bir çox italiyalılar Rusiya mədəniyyətinə və xalqına hörmətlə yanaşır. O, həmçinin koronavirus pandemiyası dövründə Rusiyanın İtaliyaya göstərdiyi yardımı xatırladıb.

Ailə gələcəkdə Moskvada və ya Sankt-Peterburqda daşınmaz əmlak almağı da nəzərdən keçirir. Onların sözlərinə görə, bu evdə digər qohumları da yaşaya biləcək.

Qeyd edək ki, bu, Ornella Mutinin Rusiya vətəndaşlığı almaq üçün ilk cəhdi deyil. Aktrisa 2022-ci ilin əvvəlində də lazımi sənədləri toplamağa başladığını açıqlamışdı. Lakin həmin vaxt proses başa çatdırılmamışdı.

Ornella Mutinin ana tərəfdən babası və nənəsi Sankt-Peterburqdan olub. Onlar 1917-ci il inqilabından sonra Estoniyaya köçüblər.

Aktrisa dəfələrlə Rusiyaya səfər edib, müxtəlif mədəni layihələrdə iştirak edib və rus kökləri ilə fəxr etdiyini açıq şəkildə bəyan edib. Rusiya mediasının məlumatına görə, onun Moskvada üçotaqlı mənzili də var.

AzPost.az

Post navigation

Previous: Neftçalada “yaşıl enerji” ilə bağlı növbəti təlim keçirilib
Next: Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi

Oxşar xəbərlər

sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17
avroviziya
  • Şou Biznes

Çexiya “Eurovision-2027”dən imtina etdi

User 06 Oktyabr 2026 - 14:39

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.