İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib

Bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 23 iyul tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, iyulun 22-dıə Naxçıvan TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Vüsal Muradov Naxçıvan TV-nin sədr müavini təyin olunub.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.