Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

6 ayda ölkəyə neft və qazdan 5 milyard gəlir gəlib –

User 23 İyul 2026 - 13:35
neftimage

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Azpost.info bildirir ki, ARDNF-nin məlumatına görə, 2026-cı il iyunun 30-na Fondun aktivləri 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil edib. Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində bu göstərici 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) olub.

Hesabat dövründə Fondun ümumi gəlirləri 8 milyard 531,3 milyon manat təşkil edib. Bunun 4 milyard 953,4 milyon manatı neft-qaz sazişləri üzrə əldə olunan gəlirlərin, 3 milyard 577,9 milyon manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan investisiya gəlirlərinin payına düşüb.

ARDNF-nin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 milyard 449,7 milyon manat vəsait köçürülüb.

Neft və qaz gəlirləri nə qədərdir?

Fondun neft-qaz layihələrindən əldə etdiyi gəlirlər əsasən mənfəət neftinin və qazın satışından formalaşıb.

Belə ki, hesabat dövründə mənfəət nefti və qazın satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzit gəlirlərindən 0,9 milyon manat, akrhesabı ödənişlərindən isə 4,9 milyon manat daxil olub.

ARDNF bildirir ki, ilk altı ay ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyard 374,9 milyon manat, “Şahdəniz” yatağından qaz və kondensat satışından isə 437,1 milyon manat gəlir əldə edilib.

İnvestisiya gəlirləri 3,6 milyard manata yaxınlaşıb

Hesabata əsasən, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib. Bu, ARDNF-nin investisiya portfelinin gəlirliliyinin dövlət büdcəsinin maliyyələşdirilməsində mühüm rol oynamaqda davam etdiyini göstərir.

2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Dövlət Neft Fondu ölkənin əsas maliyyə ehtiyatı kimi həm neft-qaz gəlirləri, həm də investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına dövlət büdcəsinin maliyyələşdirilməsində mühüm rolunu qoruyub saxlayır.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Next: Diş məcununun içindən narkotik tapıldı –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.