Nikol Kidman Portofinoda naməlum kişi ilə görüntüləndi

Hollivud ulduzu Nikol Kidman İtaliyanın Portofino şəhərində paparassilərin obyektivinə tuş gəlib.

Aktrisa lüks otellərdən birinin yaxınlığında özəl investisiya şirkətinin rəhbəri Maykl Raynşteynlə birlikdə görüntülənib.

Page Six nəşrinin məlumatına görə, cütlük şənbə günü səmimi söhbət edib. Hər ikisinin rahat əhval-ruhiyyədə olduğu, tez-tez gülümsədiyi diqqət çəkib.

Maykl Raynşteyn Los-Ancelesdə anadan olub. O, birbaşa investisiyalar sahəsində fəaliyyət göstərən şirkətin təsisçisi, həmçinin USN televiziya şəbəkəsinin həmtəsisçilərindən biridir. Onun hazırkı ailə vəziyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, Nikol Kidman bu ilin yanvarında təxminən 20 il evli olduğu musiqiçi Kit Urbanla rəsmi şəkildə boşanıb. Keçmiş cütlüyün 18 yaşlı Sandey və 15 yaşlı Feyt adlı iki qızı var.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.