Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp İranla diplomatik həll yoluna inamını itirir –

User 25 İyul 2026 - 08:53 (Last updated: 25 İyul 2026 - 08:53)
tramp reytniq

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin diplomatik yolla həllinə getdikcə daha az inanır və qərarlarında daha çox cavab zərbəsi vermək istəyi ilə hərəkət edir.

Azpost.info xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Evdə keçirilən son müşavirələrdən birində Tramp İran hakimiyyətini sərt tənqid edərək onun nümayəndələrini “alçaqlar” və “dəli adamlar” adlandırıb.

Bildirilir ki, Tramp münaqişənin uzanmasından ciddi narazıdır. O, hərbi əməliyyatların bir neçə həftə ərzində başa çatacağını gözləsə də, müharibə davam edir və yaxın vaxtlarda bitəcəyinə dair əlamətlər görünmür.

Nəşrin həmsöhbətlərinin iddiasına görə, prezidentin bəzi müşavirləri hesab edirlər ki, qiymət artımına, administrasiyaya dəstəyin azalmasına və ABŞ hərbçilərinin həlak olmasına səbəb olan münaqişənin uzanması Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri ərəfəsində mövqelərini daha da zəiflədə bilər.

Məlumata görə, Tramp son aylarda hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almağa çalışsa da, son günlər İranla danışıqların sülh yolu ilə nəticə verəcəyinə inamını əhəmiyyətli dərəcədə itirib.

Administrasiyanın yüksək vəzifəli nümayəndələrindən birinin sözlərinə görə, Tramp hesab edir ki, İran yalnız güc tətbiqinə reaksiya verir. Bu səbəbdən o, hərbi kampaniyanın davam etdirilməsindən başqa məqbul alternativ görmür.

Mənbələr bildirirlər ki, silahlı qarşıdurma uzandıqca Tramp böhranın danışıqlar yolu ilə həll ediləcəyinə daha az ümid bəsləyir. O, yaxın çevrəsi ilə söhbətlərində dəfələrlə qeyd edib ki, ABŞ tərəfi İranda ali rəhbərlik adından danışıqlar aparmaq səlahiyyətinə malik şəxsin kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Bundan əlavə, prezident İran tərəfinin danışıqlarda müəyyən irəliləyiş əlamətləri görünsə belə, hərbi əməliyyatları dayandırmamasından narazılığını ifadə edib.

AzPost.az

Post navigation

Previous: “Şərikli çörək”in balaca Vaqifi indi haradadır?
Next: “Təhminə” haqqında çoxlarının bilmədiyi fakt –

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.