Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizə aydın deyil” –

User 25 İyul 2026 - 18:20 (Last updated: 25 İyul 2026 - 18:20)
tokayev foto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna-Rusiya münaqişəsinin dondurulması və İstanbul danışıqları formatına qayıdılması ehtimalını gündəmə gətirib.

Tokayev bildirib ki, ona Avropa və ABŞ-dan Ukrayna ilə Rusiya arasında mövcud vəziyyətlə bağlı çoxsaylı siqnallar daxil olur.

“Bilirsiniz, mənim fikrimcə, mən əvvəldən də demişəm ki, bu, dövlətlərarası münaqişədir. Bu, Krımda və ya başqa bir yerdə gedən hər hansı vətəndaş müharibəsi deyil. Biz həmişə Ukrayna xalqına, onun mədəniyyətinə və dilinə hörmətlə yanaşmışıq və hesab edirik ki, bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün də tam aydın deyil”, – Qazaxıstan Prezidenti vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişənin mahiyyəti və tarixi kökləri aydın olsa da, Ukrayna-Rusiya münaqişəsinin səbəblərini anlamaq daha çətindir.

Tokayev, həmçinin Vladimir Putinin Alyaskanın Ankoric şəhərində keçirilən görüş zamanı maksimum diplomatik çeviklik nümayiş etdirdiyini söyləyib.

“Bu, sadəcə mənim təvazökar fikrimdir. Ola bilsin ki, artıq bu münaqişəni dondurmağın və İstanbul formulu 2.0-a qayıtmağın vaxtıdır. Çünki orada əhəmiyyətli nəticələr əldə olunmuşdu. Daha sonra isə təbii ki, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları altında bu prosesi irəli aparmaq olar”, – Tokayev əlavə edib.

AzPost.az

Post navigation

Previous: Elektrik kəsildi, Bakı-Tbilisi qatarı yolda qaldı
Next: Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub,

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.