Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Xəbər saytları sosial şəbəkələrin əsirinə çevrilib –

User 29 İyul 2026 - 09:43 (Last updated: 29 İyul 2026 - 09:44)
saytlar foto
Xəbər saytlarının aşırı dərəcədə sosial şəbəkələrdən asılı qalması hazırda beynəlxalq media dairələrində ən çox müzakirə edilən mövzudur.
Qəribə bir mənzərə yaranıb: Sanki bütün peşəkar media sektoru – jurnalistlər, köşə yazarları, saytlar Facebook, TikTok, İnstagram üçün işləyir. Bütün qazancı bu platformalar götürür.
Son 4-5 ildə rəqəmsal media məhz bu dilemma ilə üzləşib.
Sosial şəbəkəni idarə edənlərin bir hədəfi var: İstifadəçi mümkün qədər platformanı tərk etməsin. Yəni TikTok üçün ən dəyərli nəticə odur ki, siz yaxşı video hazırlayasınız, istifadəçi onu izləsin və sonra növbəti videoya keçsin.
Sayta keçid TikTok-un əsas məqsədi deyil.
Jurnalistlər xəbəri hazırlayır, redaktə edir, videoya çevirir, amma həmin məzmunun yaratdığı əsas dəyərin böyük hissəsi platformaya qalır. Reklam gəlirini sosial şəbəkə əldə edir, istifadəçi bazasını böyüdür, sayt isə yalnız tanınma qazanır.
Yəni “məşhur misalda deyildiyi kimi: “Dütdülü!”
Buna görə də son illərdə böyük beynəlxalq media qurumları strategiyalarını dəyişiblər. Məsələn, The New York Times, The Wall Street Journal və Financial Times sosial şəbəkələri artıq əsas trafik mənbəyi kimi deyil, auditoriya ilə ilk tanışlıq nöqtəsi kimi görürlər.
Onların əsas məqsədi istifadəçini sonradan öz tətbiqinə, e-poçt bülleteninə və ya abunə sisteminə gətirməkdir. Çünki yalnız öz platformalarında auditoriya üzərində tam nəzarətə malikdirlər.
Mənim qənaətim budur ki, xəbər saytları sosial platformaların əsirinə çevrilib. Bu, ciddi yaradıcılıq böhranı yaradıb və sərbəst biznes strategiyasını qurmağa mane olur.
Problem ondadır ki, media şirkətləri öz auditoriyasına deyil, platformaların auditoriyasına çıxışı “icarəyə götürür”. Platforma isə istədiyi gün alqoritmi dəyişə bilir və saytın trafiki bir gecədə 70-80% azalır.
Tutaq ki, video 1 milyon baxış alır. İnsan bütün məlumatı TikTok-un içində alır. Sayta keçməyə ehtiyac hiss etmir. TikTok reklam qazanır. Kontenti hazırlayan media isə demək olar ki, heç nə qazanmır.
Bu, əcaib paradoksudur.
TikTok xəbər saytlarını sevmir. Facebook istifadəçini platformadan çıxarmaq istəmir. Hamısının məqsədi eynidir: İstifadəçi platformanı tərk etməsin.
Sosial şəbəkələr artıq media üçün trafik mənbəyi yox, rəqib mediadır.
Media biznesi üçün qarşıda əsas hədəf belə olmalıdır: Media şirkəti sosial şəbəkələr üçün işləməməlidir. Sosial şəbəkələr media şirkətinə yeni oxucu gətirmək üçün işləməlidir.
Perspektivdə media biznesi üçün yeganə dayanıqlı model məhz budur.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Post navigation

Previous: Bu günə olan valuta məzənnələri
Next: Ryazana kütləvi PUA hücumu –

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.