Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00 (Last updated: 31 Oktyabr 2026 - 10:57)
polsa mitinq

Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq Varşavadakı Konstitusiya Tribunalının binasına daxil olub və hazırda orada qalır.

Bundan əvvəl dövlət başçısı Seneqala səfəri zamanı təyyarəsinin istiqamətini dəyişərək Varşavaya qayıtmaq qərarı verib. O, vəziyyətə şəxsən müdaxilə etmək niyyətində olduğunu bildirib.

Mühafizəkar “Hüquq və Ədalət” Partiyasının dəstəklədiyi prezident bundan əvvəl Konstitusiya Tribunalının sədri Boqdan Sventsçkovskinin və onun müavini Bartlomey Soxanskinin vəzifələrindən kənarlaşdırılmasını “dövlət çevrilişi” adlandırıb.

“The Guardian” qəzetinin yazdığına görə, gecə çəkilmiş videolardan birində Navrotskinin polis əməkdaşları və digər hakimlərlə qarşıdurmaya girdikdən sonra tribunalın binasına daxil olduğu görünür.

Məlumata görə, səhər saat 04:00-a olan vəziyyətə görə prezident hələ də binada olub.

Sosial şəbəkələrdə yayılan videoda Navrotskinin Polşa hökuməti tərəfindən təyin edilmiş şəxslərin “Konstitusiya Məhkəməsinin hakimləri olmadığını” söylədiyi eşidilir.

Prezidentin adından oxunan bəyanatda isə “konstitusiya orqanının zor gücünə ələ keçirildiyi” bildirilib və təhlükəsizlik qüvvələri binanı tərk etməyə çağırılıb. Bundan əvvəl tribunalın girişində kütləvi toqquşmalar baş verib.

Polşa Seymi tərəfindən hakim seçilən, lakin Navrotski tərəfindən and içməsinə icazə verilməyən tribunal hakimi Maciej Berekin sözlərinə görə, prezident binaya daxil olmağa çalışarkən tribunalın rəhbəri vəzifəsindən kənarlaşdırılmış hakim Anna Korvin-Petrovskaya ilə “fiziki qarşıdurma yolunu seçib”.

Konstitusiya Tribunalının X sosial şəbəkəsindəki səhifəsində qurumun saytının “qanunsuz ələ keçirilməsi” barədə məlumat yayılıb.

Bəyanatda deyilir: “Tribunalın sədri əvvəlki kimi Boqdan Sventsçkovskidir, onun müavini isə Bartlomey Soxanskidir. Anna Korvin-Petrovskaya Konstitusiya Tribunalının hakimi deyil. Bu hərəkətlərdə iştirak edən bütün şəxslər cinayət – dövlət çevrilişi törədirlər”.

Tribunalın saytında isə dövlət qurumunun X sosial şəbəkəsindəki hesabının onunla əlaqəsinin olmadığı bildirilib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də ölkədə baş verənlərə münasibət bildirib.

O, səhər saat 05:00 radələrində X sosial şəbəkəsində yazıb ki, Konstitusiya Məhkəməsi ətrafındakı qarşıdurma 2023-cü il seçkilərində hakimiyyəti itirmiş populist hökumət tərəfindən siyasiləşdirilən qurumda qanunun aliliyinin bərpası ilə bağlıdır.

Nazirin sözlərinə görə, tribunalın sədri siyasi baxımdan həssas işləri xüsusi seçilmiş hakimlərə ötürməklə dəfələrlə qanunu pozub.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalı ətrafında hökumət başçısı Donald Tuskun tərəfdarları ilə Karol Navrotskinin dəstəklədiyi “Hüquq və Ədalət” Partiyası arasında münaqişə artıq bir neçə aydır davam edir.

Böhran Polşa prezidentinin parlament tərəfindən seçilmiş yeni hakimlərin and içməsinə razılıq verməməsindən sonra başlayıb.

Tribunalın sədri Sventsçkovski də həmin hakimlərin səlahiyyətlərini tanımaqdan və onların məhkəmə işlərinə baxmasına icazə verməkdən imtina edib.

AzPost.az

Post navigation

Previous: “Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov
Next: Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

Oxşar xəbərlər

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06

xƏBƏR

ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az xəbər verir ki,...
Read more about Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.