Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib –

User 31 İyul 2026 - 09:43 (Last updated: 31 İyul 2026 - 09:43)
tramp

ABŞ prezidenti Donald Tramp Qəzzada HAMAS və digər silahlı qrupların tam tərksilahını nəzərdə tutan tarixi razılaşmanın əldə olunduğunu açıqlayıb.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına və bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Onun sözlərinə görə, razılaşma Trampın 20 maddəlik planının icrası çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qoşunları Qəzzadan çıxarılacaq, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə bölgədə təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq.

Tramp qeyd edib ki, bir il əvvəl Qəzzada müharibə, humanitar böhran və girovların əsirlikdə saxlanılması hökm sürürdü, lakin hazırda əhəmiyyətli irəliləyiş əldə olunub.

ABŞ Prezidenti vasitəçilik səylərinə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, həmçinin administrasiyasının bu razılaşmanın əldə olunmasındakı rolunu xüsusi vurğulayıb.

“Oktyabrın 7-də Qəzzada yaranan təhlükənin yenidən formalaşmasına imkan verilməyəcək. Bu razılaşma ilə Qəzza nəhayət öz xalqına xidmət edən yeni Fələstin hökumətinin idarəsinə veriləcək”, – Tramp bildirib.

AzPost.az

Post navigation

Previous: 50 yaşdan sonra sümükləri qoruyan 6 qida açıqlandı
Next: Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi imzalandı

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.