Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yevlaxda erkən nikah probleminin təhlilinə həsr olunmuş tədbirlər keçirilib

User 31 İyul 2026 - 13:50 (Last updated: 31 İyul 2026 - 19:21)
qht yevlax

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mərkəzi Aran iqtisadi rayonlarında erkən nikah probleminin təhlili” layihəsi çərçivəsində Yevlax rayonunda maarifləndirici görüşlər təşkil olunub.

Layihənin əsas məqsədi erkən nikahların yaratdığı sosial, hüquqi, psixoloji və təhsil problemləri barədə yeniyetmələrin məlumatlandırılması, onların bu istiqamətdə maarifləndirilməsi və erkən nikahların qarşısının alınmasına ictimai dəstəyin gücləndirilməsidir.

Layihə çərçivəsində Yevlax rayonunun Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbində və aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil nəktəbindəmaarifləndirici tədbirlər keçirilib.

Hər iki təhsil müəssisəsində təşkil olunan görüşlərdə ümumilikdə 100 şagird iştirak edib. Tədbirlərin hər birində 50 nəfər şagird erkən nikahların fəsadları, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri, təhsilin əhəmiyyəti və sağlam ailə dəyərləri barədə ətraflı məlumatlandırılıb.

Görüşlər zamanı təlimçilər və layihə nümayəndələri tərəfindən erkən nikahların yeniyetmələrin gələcək həyatına, təhsil imkanlarına, sosial inkişafına və psixoloji vəziyyətinə göstərdiyi mənfi təsirlər barədə təqdimatlar edilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə regionda erkən nikah probleminin daha dərindən öyrənilməsinə, ictimai maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsinə və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Fotolar

AzPost.az

Post navigation

Previous: “Üçüncü Bahar” İctimai Birliyi layihəni başa çatdırıb
Next: “Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.