Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Moskvada restoranda partlayış –

User 02 Avqust 2026 - 12:32 (Last updated: 02 Avqust 2026 - 12:32)
restoran part

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən “Balzi Rossi” restoranında baş verən partlayışla bağlı yeni təfərrüatlar açıqlanıb.

Milli Antiterror Komitəsinin (NAK) məlumatına görə, avqustun 1-də Kudrinskaya meydanındakı restoranda keçirilən özəl tədbir zamanı əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin məlumata əsasən, partlayıcı qurğunu daşıyan qadın, onun restorana daxil olmasının qarşısını almağa çalışan mühafizəçi və tədbir iştirakçılarından biri hadisə yerində həlak olub. Daha 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Rusiyanın REN TV telekanalı isə sonradan xəstəxanada daha iki nəfərin öldüyünü bildirərək, ölənlərin sayının beşə yüksəldiyini açıqlayıb.

“Kommersant” nəşrinin yazdığına görə, partlayışın əsas hədəfi restoranda keçirilən tədbirin iştirakçıları olub.

Bununla yanaşı, Rusiyanın bir sıra “Telegram” kanalları partlayışın hədəfinin həmin restoranda ad gününü qeyd etdiyi iddia edilən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı Aleksandr Çayko olduğunu irəli sürüb.

İddialara görə, ad günü mərasimində Rusiya Silahlı Qüvvələrinin çoxsaylı yüksək rütbəli hərbçiləri də iştirak ediblər.

Rəsmi qurumlar isə hələlik partlayışın konkret hədəfi və bu iddialarla bağlı açıqlama verməyib. Buna görə də Aleksandr Çaykonun hücumun əsas hədəfi olması barədə məlumat müstəqil şəkildə təsdiqlənməyib.

AzPost.az

Post navigation

Previous: Paşinyan istefa verdi
Next: Xalq şairi Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn edildi

Oxşar xəbərlər

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Noyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.