ABŞ və İran arasında yeni danışıqlar başlanır –Vasitəçilər məlum oldu

Pakistan və Qətər ABŞ ilə İran arasında danışıqların təşkili üçün xüsusi nümayəndələr göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistanın daxili işlər naziri, eləcə də Qətərin nümayəndələri danışıqların mümkün qədər tez baş tutması üçün emissarlar təyin edəcəklər.

Telekanalın məlumatına əsasən, ABŞ və İran arasında keçiriləcək danışıqların dolayı formatda aparılması gözlənilir. Vasitəçi qismində isə Qətər və Pakistan çıxış edəcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hələlik başlamamaq qərarına gəldiyini bildirmişdi. O, məqsədlərinə qısa müddətdə və dinc yollarla nail olmağa çalışacağını vurğulamışdı.

Tramp daha sonra açıqlayıb ki, ABŞ və İran arasında danışıqlar bazar ertəsi günün ikinci yarısında başlayacaq.

“Biz onlarla danışacağıq. Danışıqlar bazar ertəsi günün ikinci yarısında başlayacaq”, – deyə Tramp jurnalistlərə təyyarəsində bildirib.

Azpost.info bildirir ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki son vəziyyəti və gərginliyin aradan qaldırılması istiqamətində görülən tədbirləri Səudiyyə Ərəbistanı və İraqdan olan həmkarları, həmçinin Pakistan Silahlı Qüvvələrinin komandanı ilə müzakirə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.