Qətər əmiri Trampla İranı müzakirə edib

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani və ABŞ prezidenti Donald Tramp telefonla Vaşinqton və Tehran arasında gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Bu barədə Qətər əmirinin ofisi məlumat yayıb.

Söhbət zamanı tərəflər son regional hadisələri, xüsusən də ABŞ ilə İran arasında gərginliyin azaldılması və mövqelərinin uyğunlaşdırılması üçün atılan addımları müzakirə ediblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.