ABŞ, İran və Oman Sultanlığı Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılığa gəlməyə yaxındırlar.
Bu barədə “Axios” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Saziş Oman və İran arasında Hörmüz boğazında 60 gün müddətinə müvəqqəti razılaşmanı nəzərdə tutur və bu müddət uzadıla bilər.
Sazişə əsasən, boğazdan körfəzə gələn bütün gəmilər İran sularından keçərək şimal marşrutu ilə hərəkət edəcəklər.
Boğazdan Ərəbistan dənizinə çıxan gəmilər İranla koordinasiyalı şəkildə Oman sularından keçərək cənub marşrutu ilə hərəkət edəcəklər.
Sazişdə 60 günlük müddət ərzində Hörmüz boğazından keçmək üçün heç bir ödənişin tətbiq olunmayacağı nəzərdə tutulur.
Sazişdə tərəflərin 30 gün ərzində boğazın mərkəzi kanalından dəniz minalarının çıxarılması üçün çalışacaqları da nəzərdə tutulur.
Boğazın mərkəzi kanalı Oman və İran arasında danışıqlar aparılan daimi müqaviləyə əsasən, gələn və gedən gəmilər üçün istifadə olunacaq.
Məlumatda bildirildiyinə görə, İran XİN rəhbəri Abbas Əraqçi sazişə ilkin olaraq razılıq verib. Lakin saziş Ali Rəhbər və Milli Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənməlidir.