Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukraynada referendum olsa, nəticə necə olacaq?

User 07 Avqust 2026 - 10:30 (Last updated: 07 Avqust 2026 - 08:32)
2014-02-22T120000Z_983303181_GM1EA2M1DF901_RTRMADP_3_UKRAINE-CRISIS-ADMINISTRATION-pic_32ratio_900x600-900x600-58549

Ukraynada yaxın vaxtlarda Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilsəydi, vətəndaşların 69,2 faizi ölkənin Aİ-yə qoşulmasını dəstəkləyərdi.

Azpost.info bildirir ki, bu nəticə “Sotsis” sosioloji qrupunun keçirdiyi sorğuda ortaya çıxıb. Bu barədə “Yevropeyskaya Pravda” qəzeti yazıb.

Sorğuda iştirak edənlərin 22,2 faizi Ukraynanın Aİ-yə üzvlüyünün əleyhinə səs verəcəyini bildirib. Daha 8,7 faiz isə səsvermədə iştirak etməyəcəyini və ya cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.

Bununla yanaşı, Avropaya inteqrasiyaya dəstək əvvəlki bir sıra sorğularla müqayisədə azalıb. Lakin göstərici son iki ilin ən aşağı səviyyəsinə düşməyib.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirilsəydi, respondentlərin 61,2 faizi lehinə səs verərdi. Əleyhinə olanların payı isə 29,5 faiz təşkil edib.

Sorğu iştirakçılarının daha 9,4 faizi səsvermədə iştirak etməyəcəyini və ya mövqeyini müəyyənləşdirmədiyini bildirib.

NATO-ya üzvlüyə dəstək “Sotsis” qrupunun əvvəlki iki araşdırması ilə müqayisədə bir qədər artıb. Bununla belə, uzunmüddətli dövrdə bu istiqamətdə də dəstəyin azalması tendensiyası müşahidə olunur.

Sorğu 28 iyul – 2 avqust 2026-cı il tarixlərində 2000 nəfər arasında keçirilib. Tədqiqatın xəta payı 2,6 faizə qədərdir.

Bundan əvvəl “Rating Group”un iyun ayında keçirdiyi sorğuda Ukraynanın Aİ-yə üzvlüyünə dəstək daha yüksək olub. Həmin araşdırmaya əsasən, respondentlərin 79 faizi Aİ-yə, 63 faizi isə NATO-ya üzvlüyü dəstəkləyib.

Eyni zamanda, Polşada iyul ayında aparılan araşdırma göstərib ki, polyakların yarıdan çoxu Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinədir.

AzPost.az

Post navigation

Previous: Yadplanetlilər Yerə 1,2 milyon il əvvəl gəliblər –
Next: ABŞ Səudiyyə neftindən imtina etdi –

Oxşar xəbərlər

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.