ABŞ Prezidenti Donald Tramp ötən ay NATO sammitində iştirak etdikdən sonra Türkiyədən uçarkən təyyarəsini gizli şəkildə dəyişməsi ilə bağlı qərarı ABŞ Məxfi Xidmətinin göstərişi əsasında verdiyini bildirib.
Tramp CBS News müxbirinin sualına cavab olaraq deyib: “Bu, yalnız Məxfi Xidmətdən asılıdır.”
ABŞ prezidenti bildirib ki, o, Məxfi Xidmətin və hərbçilərin göstərişlərinə əməl edib: “Mən sadəcə Məxfi Xidmətin və hərbçilərin göstərişlərinə əməl edirəm. Onlar təhlükəsizliyi təmin etmək üçün başqa reyslə, başqa təyyarə ilə uçmağımı istəyirdilər. Ona görə də bunu etdim. Onların dediklərini edirəm.”
Xatırladaq ki, 8 iyulda Ankaranın hava limanında ABŞ prezidenti gizli şəkildə “Air Force One” təyyarəsindən başqa bir təyyarəyə keçirilib. Buna səbəb ABŞ kəşfiyyatının İran və onun tərəfdarlarının Trampın Türkiyədən uçacağı təyyarəyə raket zərbəsi endirməyə hazırlaşdığı barədə etibarlı məlumat əldə etməsi olub.
Təhdidin xarakteri barədə suala Tramp belə cavab verib: “Düşünürəm ki, təhdid həqiqətən var idi. Bununla bağlı çox sual vermədim. Mənə tez-tez hədə-qorxu gəlirlər.”