Rusiyanın kurort şəhərləri PUA hücumuna məruz qaldı:ölənlər var

Ukraynanın Novorossiysk şəhərinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 8 yaşlı uşaq həlak olub, biri uşaq olmaqla 8 nəfər yaralanıb.

Azpost.info bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, Krasnodar vilayəti gecə boyu Ukrayna Silahlı Qüvvələrinə aid olduğu iddia edilən yüzlərlə PUA-nın kütləvi hücumunu dəf edib. Onun sözlərinə görə, Novorossiysk, Anapa, Gelencik və Temryuk rayonları hücuma məruz qalıb.

Daha sonra Kondratyev bildirib ki, Kubanın Volna qəsəbəsində PUA qalıqlarının düşməsi nəticəsində daha bir nəfər həlak olub. Bu barədə RİA Novosti məlumat yayıb.

Beləliklə, açıqlanan son məlumata görə, hücumlar nəticəsində ən azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.