XİN İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.

“Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, – deyə XİN bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.