“Miqrantlara Rusiya pasportlarının verilməsi dayandırılsın” –Yeni tələb

Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) əmək miqrantları üçün əmək müqaviləsinə bağlı sərt viza rejiminin tətbiqini təklif edib.

Partiyanın sədri Leonid Slutski bu barədə TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni sistemdə əmək miqrantının yaşayış yeri, tibbi təminatı, vergiləri və ölkədən çıxışı ilə bağlı məsuliyyət birbaşa işəgötürənin üzərinə qoyulmalıdır.

“İşçidən gəlir əldə edən şəxs onun üçün məsuliyyət daşımalıdır. Heç bir boz zona, heç bir boşluq olmamalıdır”, – Slutski deyib.

LDPR həmçinin aşağı ixtisaslı və müvəqqəti işləyən əcnəbilərin ailə miqrasiyasının qadağan edilməsini tələb edir.

Miqrantlara Rusiya pasportlarının verilməsi də dayandırılsın

Slutskinin sözlərinə görə, LDPR Rusiyaya gələn miqrantlara Rusiya pasportlarının verilməsinin tamamilə dayandırılmasını da təklif edir.

Partiya rəhbəri bildirib ki, 2025-ci ilin sonuna Rusiyada təxminən 5,7 milyon xarici vətəndaş olub. O, bu göstəricini ölkənin milli təhlükəsizliyi üçün sistemli çağırış kimi qiymətləndirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.