“Sumqayıt”ın kapitanı əməliyyat olunacaq, ayağında ciddi kəsiklər yaranıb

6a82d435f18246a82d435f182517869589016a82d435f18226a82d435f1823

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb. Futbolçu “Neftçi” ilə matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra əsəblərinə hakim ola bilməyib. O, meydanı tərk edərkən şüşə qapıya zərbə endirib.

“Apasport”a verilən məlumata görə, yarımmüdafiəçi yaxın saatlarda əməliyyat olunacaq.

Onun ayaq nahiyəsində ciddi kəsiklər yaranıb. Səbuhi Abdullazadə cərrahi müdaxilədən sonra bərpa prosesi keçəcək. Onun yaxın aylarda meydanlara qayıtması gözlənilmir.

Buna baxmayaraq, Abdullazadə Abdullazadənin zədəsi karyerasına zədə vuracaq qədər faciəvi deyil.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı qonaqların qələbəsi ilə nəticələnib – 3:1.

AzPost.az