Misir millisinin baş məşqçisinin keçmiş və indiki arvadı dalaşdı,özü xəsarət aldı

Misir millisinin baş məşqçisi Hossam Hassan həyat yoldaşı ilə birlikdə istirahət edərkən eyni kurortda keçmiş həyat yoldaşına və onun uşaqlarına rast gəlib.

Bundan sonra iki qadın arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Qadınlar bir-birinə zərbələr endirib və saçlarından dartışıblar.

60 yaşlı Hossam Hassan qadınları ayırmağa çalışıb. Lakin özü də davanın ortasında qalıb və aldığı zərbələr nəticəsində huşunu itirib.

Baş məşqçiyə tibbi yardım göstərilib. Hadisə ciddi nəticələrə səbəb olmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.