“Yoxluğun Sədası” adlı layihənin icrasına başlanılıb

Qarabağ İtkin Ailələri” İctimai Birliyi, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.08.2026-ci il tarixdən “Yoxluğun Sədası” adlı layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin ailələrinin illərdir davam edən gözləntisini, yaşadıqları mənəvi-psixoloji yükü və onların öz doğmalarından xəbər almaq haqqını beynəlxalq təşkilatlara və dünya ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Layihənin hazırlıq mərhələsində işçi heyəti ilə görüşlər keçirildi, layihə çərçivəsində imzalanacaq müqavilələr, hazırlanacaq çap məhsulları və ümumilikdə layihənin icrası ilə bağlı görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi hesab edir ki, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrin hüquqlarının bərpası, onların illərlə davam edən qeyri-müəyyənliyinə son qoyulması və cəmiyyətin tarixi yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin icrasında məqsəd Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş,girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmaq, beynəlxalq təşkilatların diqqətini müharibə qurbanlarının hüquqlarının qorunmasına yönətməkdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycan vətəndaşların axtarışı işinin səmərəliliyinin artırılması, problemin dünya ictimaiyyətinə çatdırılması və bu sahəyə beynəlxalq təşkilatların diqqətini cəlb etmək itkin ailələrinin hüquqlarını müdafiə edən ictimai birlik kimi bizim üzərimizə düşən vəzifədir.

Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bu problemin həllinə yönəlik işlər aparmalı, minalanmış ərazilərin təmizlənməsində və bunun nəticəsində itkin düşmüş azərbaycanlıların axtarışı işlərinin asanlaşması işində yardımçı olmalıdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulmuş, müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə, onlar girov götürülüb, əksər hallarda sonra öldürülüb.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması, itkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatları Ermənistan Dövləti Azərbaycan Dövlətinə təqdim etməlidir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova hesab edir ki, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətin və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı humanitar məsələdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.