İranla danışıqlar mümkündür.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, İranla danışıqların “bəlkə də bir məqamda” baş tuta biləcəyini bildirib.
Tramp İranın nüvə silahına malik ola bilməyəcəyini deyib:
“İranın nüvə silahı ola bilməz. Bilirsiniz niyə? Çünki onlar bundan istifadə edə bilərlər. Biz onların bundan istifadə etməsinə icazə verməyəcəyik”.
Ağ Ev lideri ABŞ-ın Hörmüz boğazına tam nəzarəti olduğunu vurğulayıb.