Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib. Azpost.info bildirir ki, bu barədə jurnalist Gülnaz Qənbərli məlumat verib. Jurnalist ağır xəstəlikdən dünyasını dəyişib. Tofiqəxanım Qasımova uzun sürən onkoloji xəstəlikdən (xərçəng) müalicə aldığı xəstəxanada vəfat edib. Səhhəti kəskin pisləşdiyi üçün iyul ayında əvvəlcə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, daha sonra isə Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdü. Birinci vitse-prezident Mehriban Əliyeva jurnalistin onkoloji xəstəliklə mübarizə dövründə onun müalicəsinə xüsusi dəstək göstərib. 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. Vida mərasimi bu saat 12.00-da Təzəpir məscidində keçiriləcək. AzPost.az Yazı naviqasiyası Uşaqlara telefon və sosial şəbəkəyə icazə neçə yaşında verilməlidir? – Əməkdar jurnalist Nurani dəfn edilib