Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Abbas Əraqçi Bişkekdə görüş keçiriblər.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının 26-cı sammiti çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan-İran ikitərəfli münasibətlərini, regionda baş verən son hadisələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşlə bağlı məlumatı İranın Mehr agentliyi yayıb.
ŞƏT-in 26-cı sammiti avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə işə başlayıb. Sammitdə Azərbaycan və İran da daxil olmaqla bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak edir.
İran Prezidenti Məsud Pezeşkian təşkilatın iclasında və “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün Bişkekə səfər edib.
Pezeşkianın iki günlük səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, həmçinin Qırğızıstan Prezidentinin dəvəti ilə VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.