“İnsan alveri sosial bəla kimi” layihəsinin fəaliyyəti davam edir

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri sosial bəla kimi” layihəsi fəaliyyətini davam etdirir.

Birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur:

“Layihənin icrası Quba rayonunda keçiriləcək. Bu regionun seçilməsində əsas səbəb rayonda qohum nikahlarla bağlı mövcud olan problemlərin və insan alverinin, yetkinlik yaşına çatmayanların erkən evliliyinin qarşısının alınmasına dəstək olmaqdır. İnsan alveri fəsadlarının olması, erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və riskləri barədə yeniyetmələrin maarifləndirilməsidir.

Yeniyetmələri, xüsusən də qızların təhsil almaq hüquqları barədə məlumatlandırılmaq, onlar arasında ailə hüquqlarının və nikah müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təbliğat işinin gücləndirilməkdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, insan alveri, erkən, rəsmi qeydə alınmayan, qan qohumları arasında baş verən nikahlar cəmiyyətin əsas problemlərindən biridir. Bu layihənin icrası zamanı, yeniyetmələr erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması, insan alveri, bunun qanunla qadağan edilməsi haqda məlumatlanacaqlar. Nəhayətində təhsil almağa, peşə sahibi olmağa, öz məşğulluqlarını təmin etməyə üstünlük verəcəklər.

Cəmiyyətimizin sağlam inkişafı üçün, ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, insan alveri təhlükəsinin azalması istiqamətində görülən tədbirlərə dəstək və sözügedən problemlərin aradan qaldırılması məqsədi ilə təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə də regionlarda insan alverinin, erkən evliliyin və qohum nikahlarının qarşısını ala bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.