Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb

User 04 Sentyabr 2026 - 12:16 (Last updated: 04 Sentyabr 2026 - 12:16)

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin (İƏT Əmək Mərkəzi) dəvəti ilə Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Səfər Azərbaycan və Seneqal arasında institusional əlaqələrin gücləndirilməsi, müvafiq sahələrdə təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Səfər çərçivəsində İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov ilə Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Dianté arasında ikitərəfli görüş keçirilib. Görüşdə əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də 2027-ci ildə Dakar şəhərində keçiriləcək Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə hazırlıq məsələləri müzakirə olunub.

Görüşün ardından İƏT Əmək Mərkəzi ilə Seneqal Respublikasının Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı Nazirliyi arasında Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresi çərçivəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov və Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Dianté imzalayıb.

Anlaşma Memorandumu İƏT Əmək Mərkəzinin 26–30 aprel 2027-ci il tarixlərində Dakar şəhərində keçiriləcək Dünya Konqresində Strateji Tərəfdaş qismində iştirakını, həmçinin əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

Strateji tərəfdaşlıq çərçivəsində rəqəmsallaşma və süni intellektin əməyin təhlükəsizliyi və sağlamlığına təsiri, bu sahədə tədqiqat, texniki əməkdaşlıq və praktiki həllərin inkişafı diqqət mərkəzində olacaq.

Qeyd edək ki, baş qərargahı Bakı şəhərində yerləşən İƏT Əmək Mərkəzi 2024-cü ildən fəaliyyət göstərən beynəlxalq hökumətlərarası qurumdur. Mərkəzin fəaliyyəti İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətini əhatə edir və əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahələrində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

AzPost.az

Post navigation

Previous: Səfir Mariyana Kuyundziç: Aİ-Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə işlər başa çatdırılıb
Next: Sabah 35 dərəcə isti olacaq

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.