Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşşenko bildirib ki, Rusiyanın 2027–2028-ci illərdə də Ukraynaya qarşı müharibə aparmaq üçün kifayət qədər resursu olacaq.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
“Eyni zamanda, onun (Rusiyanın) Ukraynaya qarşı müharibə aparmaq üçün hələ kifayət qədər resursu var. Bu resursların 2027-ci ilə, hətta 2028-ci ilə qədər çatacağını da istisna etmirik.
Sanksiyalar real şəkildə işləməlidir. Biz elektron komponentlərin, dəzgahların və xüsusi kimyəvi maddələrin hansı ölkələrdən Rusiya Federasiyasına daxil olduğunu bilirik. Çoxlu sayda vasitəçi şirkətlər meydana çıxır. Onlar Rusiyaya daha sonra bizə qarşı hərbi maşının fəaliyyətində istifadə olunan məhsulları gətirirlər”, – deyə o qeyd edib.