Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski vəfat edib.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva paylaşım edib.

Paylaşımda deyilir:

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”

 

Aleksandr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 3 fevral 1993-cü ildən 2026 ilədək teatrın baş rejissoru olub.

Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub.

Onun aktyor rollarından: Don Quan (A. S. Puşkin “Kiçik traqediyalar”), Roland (D. Fletçer “Ukroşeniye ukrotitelya”), Rezo (L. Roseb “Premyera”), Eldar (R. İbrahimbəyov “Dom na peske”), Beriya (V. Korkiya “Moy bednıy Soso Cuqaşvili”), Şeyx Sənan (H. Javid “Şeyx Sənan”), Fərxad (S. Vurğun “Fərxad və Şirin”), Qenrix (U. Şekspir “Kral Lir”), Mehmandarov (M. İbrahimbəyov “Neft bumu”) yaratdığı obrazları misal gətirmək olar.

Şarovski bundan başqa 4 filmdə çəkilib. “Struktura momenta”, “Qorxma, mən səninləyəm”, “Prervannaya serenada”, “Anekdot” kimi filmlərdə aktyor maraqlı rollar yaradıb.

Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında “Leto i dım” T. Vilyams, “Xoçu kupit muca” M. Zadornov, “Lebedinaya pesnya” A. P. Çexov, “Kin IV” Q. Qorin, “Petlya” R. İbrahimbəyov, “Vtoroy vıstrel” R. Toma, “Çayka” A. P. Çexov, “Teatr” M. Freyn, “Ubiysa” Elçin, “Fərxad və Şirin” S. Vurğun kimi tamaşaları misal gətirmək olar.

 

Allah rəhmət eləsin!

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.