Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan Praqadakı ERRA koordinatorlarının iclasında təmsil olunub

User 09 Sentyabr 2026 - 11:44
ERRA

Çexiyanın paytaxtı Praqa şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) koordinatorlarının iclası keçirilib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (EMTA) AZƏRTAC-a bildirilib ki, tədbirdə agentliyin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Xatirə Sərxanbəyli-Quliyeva iştirak edib.

İclas zamanı ERRA-nın qarşısında duran əsas çağırışlar və yeni layihələr, eləcə də qurumun 2026-2027-ci illər üzrə fəaliyyət planı və büdcəsinin əsas elementlərinə dair təqdimatlar nümayiş etdirilib, bu istiqamətdə ətraflı müzakirələr aparılıb. Eləcə də, ERRA-ya üzv təşkilatlara dəstəyin artırılması mövzusunda iştirakçılar arasında interaktiv sorğu və müzakirələr baş tutub.

Görüşdə, həmçinin ERRA koordinatorlarının iştirakı ilə təcrübə mübadiləsi məqsədilə dəyirmi masa formatında görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, EMTA 2018-ci ildən ERRA-nın assosiativ üzvüdür. Bu əməkdaşlıq enerji tənzimləmə sahəsində beynəlxalq təcrübə mübadiləsinə və bir çox ölkənin tənzimləyici qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdədir.

AzPost.az

Post navigation

Previous: Prezidentdən xəbərdarlıq: Sabitliyi pozan şəxslərə qarşı sərt tədbirlər görüləcək
Next: Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.