Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Nazirdən iqlim diplomatiyası ilə bağlı AÇIQLAMA: Azərbaycan öhdəliyinə sadiqdir

User 09 Sentyabr 2026 - 12:18 (Last updated: 09 Sentyabr 2026 - 12:18)

Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindəyik. Bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır.

Bunu Xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir.

“COP-a sədrliyimizin başa çatmasından sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. May ayında Bakı şəhərində iqlimə davamlı şəhərlər, dayanıqlı şəhər inkişafı və mənzil məsələləri üzrə qlobal müzakirələrin irəlilədilməsinə xidmət edən 13-cü Ümumdünya Şəhərsalma Forumu keçirildi. Forumun nəticələri iyul ayında BMT-nin Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına dair yüksək səviyyəli görüşün müzakirələrinə töhfə verdi. İyun ayında isə Bakı BMT-nin Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməklə qlobal ekoloji fəaliyyət sahəsindəki rolunu daha da möhkəmləndirdi.

C.Bayramov bildirib ki, rəsmi platformalarla yanaşı, qeyri-formal diplomatiyanın mühüm rolu da nəzərə alınır: “2024-cü ildən Şamaxı Görüşləri vasitəsilə baş iqlim danışıqlarını aparan şəxsləri bir araya gətirərək etimadın formalaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına və mürəkkəb iqlim məsələləri üzrə konsensusun əldə olunmasına şərait yaradırıq”.

AzPost.az

Post navigation

Previous: Öncəki yazı
Next: Sabah Bakıda yağış yağacaq

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.