Böhran sərhədləri aşırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır. İqlim ədaləti bizim yol göstəricimiz olaraq qalacaq və COP31 masasında həssas coğrafiyaların səsi olacağıq.
Bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, COP31-in icraçı direktoru Fatma Varank deyib.
F.Varank bildirib ki, COP31-in missiyası aydındır: öhdəlikləri konkret nəticələrə, təşəbbüslərə və investisiyalara çevirmək.
“Dünyaya yeni hədəf siyahılarından daha çox, mövcud hədəfləri kənd təsərrüfatında, sənayedə və şəhərlərdə real fəaliyyətə çevirəcək iradə lazımdır. Məhz buna görə COP31-i icraya yönəlmiş, gələcəyə baxan COP kimi müəyyənləşdirmişik”, – deyə F.Varank əlavə edib.