Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Rəşad Məcid kiber dələduzların hədəfi oldu –

User 15 Sentyabr 2026 - 10:15 (Last updated: 15 Sentyabr 2026 - 10:18)
resad mecid

Mətbuat Şurasının sədri Rəşad Məcid kiber dələduzluq cəhdi ilə üzləşdiyini açıqlayıb.

Rəşad Məcid sosial şəbəkədə paylaşım edərək bildirib ki, dələduzlar bu dəfə kifayət qədər inandırıcı üsuldan istifadə ediblər. Belə ki, əvvəlcə ona nazir müavini olduğunu düşündüyü şəxsin adından mesaj gəlib.

“Salam, Rəşad müəllim, necəsiz?” – mesaj belə başlayıb.

Rəşad Məcid yazışma zamanı zəng etməyi təklif edib. Qarşı tərəf isə tədbirdə olduğunu və danışa bilmədiyini bildirib. Daha sonra ona “kapitan Əzizov Əkbər Rafiq oğlu”nun zəng edəcəyi və onunla görüşməyin lazım olduğu deyilib.

Bir qədər sonra Rəşad Məcidə “Akbar Azizov” adı ilə normal telefon nömrəsindən zəng gəlib. Rus dilində danışan şəxs ondan əvvəl adı çəkilən şəxsin onunla danışıb-danışmadığını soruşub və görüşmək lazım olduğunu bildirib.

Rəşad Məcid tədbirdə olduğunu, saat 16:00-da işinin bitəcəyini deyib. Həmin vaxt zəng etsə də, qarşı tərəf cavab verməyib. Daha sonra özü zəng edərək həmin gün məşğul olduğunu və sabah əlaqə saxlayacağını bildirib.

Mətbuat Şurasının sədri qeyd edib ki, hadisə zamanı müəyyən şübhəli məqamlar olsa da, istifadə edilən telefon nömrələrinin və təqdim olunan məlumatların inandırıcılığı üstün gəlib.

“Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.” – deyə Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, bu hadisə süni intellektin inkişafı fonunda dələduzluq üsullarının necə dəyişə biləcəyini bir daha göstərir.

Rəşad Məcid iki həftə əvvəl Bill Qeytsin süni intellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozlarından birini paylaşdığını xatırladıb. O, indi isə həmin xəbərdarlıqlardan birinin praktik nümunəsi ilə qarşılaşdığını qeyd edib.

“Bill Qeytsin inandırıcı fırıldaqçılarla bağlı xəbərdarlığı çox çəkmədi, gerçəkləşdi”, – deyə Mətbuat Şurasının sədri yazıb.

Rəşad Məcid bildirib ki, hazırda “kapitan Əzizov Əkbər Rafiq oğlu”nun yenidən nə vaxt zəng edəcəyini gözləyir.

“Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq”, – deyə o vurğulayıb.

Mətbuat Şurasının sədri hadisəni ictimailəşdirməkdə məqsədinin digər şəxsləri də mümkün oxşar cəhdlərə qarşı xəbərdar etmək olduğunu bildirib.

Bu hadisədə diqqət çəkən məqam isə dələduzların yalnız ad və telefon nömrələrindən deyil, vəzifəli şəxslərin kimliyindən, fotoşəkillərindən və hətta səsə bənzətmə imkanlarından istifadə etməsidir. Bu isə gələcəkdə saxta zəng və yazışmaların həqiqidən ayırd edilməsini daha da çətinləşdirə bilər.

Bu səbəbdən tanınmış və vəzifəli şəxslərin adından gələn mesaj və zənglərdə belə, məlumatı başqa rabitə kanalı ilə yoxlamaq, xüsusilə pul, sənəd, görüş və digər həssas məsələlərlə bağlı tələblərə tələsmədən yanaşmaq tövsiyə olunur.

 

Screenshot

AzPost.az

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 127 dolları keçdi
Next: Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.