Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Yaponiyada yaşlı əhalinin sayı artır

User 20 Sentyabr 2026 - 22:10 (Last updated: 20 Sentyabr 2026 - 22:10)
yapon yasli ehali

Yaponiya əhalisi arasında yaşı 65 və daha çox olanların nisbəti yeni rekord səviyyəyə çatıb. İşləyən yaşlı əhalinin sayı da bütün dövrlərin ən yüksək həddindədir.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, ölkədə yaşı 65 və daha çox olanların sayı 36,24 milyona çatıb. Bu, əvvəlki illə müqayisədə təxminən 20 min nəfər çoxdur. Onlardan 15,71 milyonu kişi, 20,54 milyonu isə qadındır.

Yaşlılar əhalinin 29,6 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 0,2 faiz çoxdur və yeni rekord səviyyədir. BMT-nin məlumatlarına əsasən, əhalisi 40 milyondan çox olan 39 ölkə arasında yaşlıların nisbəti ən yüksək göstərici Yaponiyada qeydə alınıb.

Daxili İşlər Nazirliyinin araşdırması göstərir ki, ötən il Yaponiyada işləyən yaşlı əhalinin sayı rekord həddə – 9,43 milyon nəfərə çatıb; bu, əvvəlki illə müqayisədə 130 min nəfər çoxdur. Yaşlı əhali arasında məşğulluq səviyyəsi 26 faiz təşkil edib.

Proqnozlara görə əhali sayının azalması fonunda bəzi sahələrdə işçi qüvvəsi çatışmazlığı müşahidə olunduğundan, işləyən yaşlıların sayı artmaqda davam edə bilər.

Qeyd edək ki, Yaponiya əhalisinin sayı sürətlə azalan ölkələr siyahısındadır. 2025-ci ildə əhalinin sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə enib. Bu, 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalma olmaqla yanaşı, son 42 ildə ilk dəfə yerli əhalinin sayının 120 milyondan aşağı düşməsi deməkdir. Rəsmi məlumatlara görə, ötən il ölkədə təxminən 670 min doğum, 1,6 milyon ölüm qeydə alınıb. Doğumun azalması fonunda yaşlı insanların sayı da artır.

AzPost.az

Post navigation

Previous: Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Next: Zelenski Trampla danışdı –

Oxşar xəbərlər

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.