Neftimizin qiyməti 126 dollara yaxınlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,7% artaraq 125,94 ABŞ dolları olub.

Bundan əvvəl Azərbaycan nefti 121,43 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.