Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub

User 25 Sentyabr 2026 - 17:09 (Last updated: 25 Sentyabr 2026 - 17:09)
anım günü

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (RM) tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

İlk olaraq, mərkəzin əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsi yad edilib.

Silsilə tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov bələdiyyəsi tərəfindən Bakı RM üçün ayrılmış yaşıllıq zolağında ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Daha sonra Regional Mərkəzdə təşkil olunmuş anım tədbirində Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi iştirakçıları və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qazanılan misilsiz Qələbənin əhəmiyyətindən danışıb.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunubFHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub

AzPost.az

Post navigation

Previous: Sahil Babayev: Azad edilmiş ərazilərin yenidən qurulmasına 25 mlrd. manat vəsait ayrılıb
Next: Bakıda BMT-nin İdarəçilik üzrə İnnovasiya Sammiti keçiriləcək

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.