Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək

User 25 Sentyabr 2026 - 17:12 (Last updated: 25 Sentyabr 2026 - 17:12)
AzPostt va,lap

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna ölkənin cari əməliyyatlar hesabının profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ilin sonuna qeyri-neft ÜDM-inin artımı 2,4%, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

Taleh Kazımov bildirib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir və ortamüddətli dövrdə də bu diapazonda qalacağı gözlənilir.

Taleh Kazımovun sözlərinə görə, geosiyasi gərginlik, qlobal ticarətin fraqmentasiyası, əmtəə bazarlarındakı volatillik və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatların həssaslığını artırır. Belə şəraitdə mərkəzi bankların daha çevik və məlumatlara əsaslanan siyasət yürütməsi zəruridir.

Taleh Kazımov vurğulayıb ki, uzunmüddətli dayanıqlı iqtisadi artım üçün güclü beynəlxalq tərəfdaşlıq getdikcə daha böyük əhəmiyyət daşıyır. Azərbaycanın prioritetlərindən biri infrastrukturun, sənayenin inkişafının və regional layihələrin maliyyələşdirilməsinə beynəlxalq kapitalın cəlb edilməsidir.

Taleh Kazımov əlavə edib ki, Orta Dəhliz üzərində strateji nəqliyyat və logistika mövqeyinə malik Azərbaycan iqtisadiyyatın daha geniş şaxələndirilməsi baxımından xarici investisiyaların cəlb edilməsinə xüsusi əhəmiyyət verir.

AzPost.az

Post navigation

Previous: Bakıda BMT-nin İdarəçilik üzrə İnnovasiya Sammiti keçiriləcək
Next: Moskva Azərbaycan qazının Ermənistana verilməsini alqışladı

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.